Şənbə, 18 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Səudiyyə Ərəbistanı ABŞ-i, yoxsa Çin-Rusiya ittifaqını seçəcək? 

Oktyabrın 5-də Avstriyanın paytaxı Vyanada OPEC+ ölkələrinin aldıgı qərara görə, noyabr ayından etibarən təşkilatın üzvləri gündəlik neft istehsalını 2 milyon barrel azaldacaqlar.OPEC+ rəhbərliyi, xüsusilə Səudiyyə Ərəbistanı bu qərarı iqtisadi səbəblərlə izah etməyə də çalışsa da, ABŞ bununla razılaşmır. Daha doğrusu, Bayden adminstrasiyası bəyan etməkdədir ki, OPEC+-in bəzi üzvləri qərara qarşı olsalar da, sonda Səudiyyə Ərəbustanının istəyi ilə razılaşmağa məcbur olublar.

İndi amerikalılar hesab edirlər ki, Səudiyyə Ərəbistanı məlum addımla daha çix siyasi qərar verib. Hətta Ağ Evin Strateji Departamentinin direktoru Con Körbi deyib ki, ABŞ Səudiyyə Ərəbistanı ilə əlaqələri gözdən keçirəcək. Amerikalılar açıq-aydın deyirlər ki, Ər-Riyadın verdiyi siyasi qərar Rusiya prezidenti Vladimir Putinin Ukraynada davam etdirdiyi qanlı müharibənin ömrünü uzadır. Təkcə Ağ Ev rəsmləri deyil, həm də xeyli sayda konqresmen Səudiyyə Ərəbistanına silah satışını dayandırmaq üçün çağırışlar edir. Son vaxtlar Ər-Riyadın siyasətini diqqətlə izləyərkən, məndə belə bir qənaət formalaşır ki, ölkənin baş naziri, şahzadə Məhəmməd bin Səlman (MBS) krallığın xarici (hətta daxili) siyasət doktrinasını dəyişmək istəyir.

Konkret desək, MBS Yeni Dünya Nizamında (YDN) ölkəsinin geopolitik seçimini ABŞ mərkəzli Qərb blokundan deyil, daha çox Rusiya və Çindən yana etmək istəyir. Mən Məhəmməd bin Səlmanın bu siyasi seçiminin nə qədər uğurlu olub-olmamasını proqnazlaşdırmaq istəməzdim, lakin bu siyasi zeyniyyət krallığın yeni açılımıdır. Hətta bir müddət əvvəl Səudiyya Ərbistanı və Çin aralarında ticarət əlaqələrini Çin yuanı ilə aparmaq haqqında razılığa gəlmişdilər. Şübhəsiz ki, Ər-Riyadın son zamanlardakı siyasi kursu Vaşinqtonda isti qarşılanmır və mümkündür ki, növbəti mərhələdə münasibətlər bir qədər də gərginləşəcək. İndi maraqlı olan budur ki, şahzadə, yeni baş nazir MBS ABŞ-ın təzyiqlərinə tab gətirə biləcəkmi?

Ümumiyyətlə, körfəz ölkələri YDN-də Qərb blokunun yanında dayanmaq istəmirlər. Halbuki,soyuq müharibə və ondan sonrakı dövrdə də Səudiyyə Ərəbistanı və körfəzdəki ərəb monarxlarının təhlükəsizliyini məhz ABŞ qoruyurdu. Ancaq zəngin neft-qaz ehtiyyatlarına sahib olan körfəz ölkələri düşünürlər ki, satdıqları enerjinin qiymətini ABŞ təyin edir və bu,istər-istəməz neft istehsalçılarını “zəif bənd” statusunda görür. Üstəlik, körfəz ölkələri görürlər ki, Rusiya və Çin kimi qlobal güclər onların qarşısında demokratiya, insan hüquqları kimi tələblər qoymur. Doğrudur,Qərb ölkələri indiyəcən ərəb diktaturalarının qarşısında insan hüquqları və demokratiya kimi tələblər qoymayıblar,amma bəzən Camal Kaşşoqi hadisəsində oldugu kimi,Ər-Riyadı küncə sıxışdırmağı əldən verməyiblər. Digər tərəfdən, Səudiyyə Ərəbistanı və onun gənc şahzadəsi MBS özünü həm Ərəb Liqasının, həm də İslam dünyasının lideri statusunda görür.

Belə olan təqdirdə, Ər-Riyad YDN-də özünü ya ərəb və müsəlman dövlətlərinin blokunda, ya da Çin-Rusiya tərəfində görür. Belə demək olar ki, Səudiyyə Ərəbistanının liderlik etdiyi körfəz ölkələri yaranmaqda olan yeni qlobal sistemdə Qərblə birlikdə olmamağı gözə alıb.Ərəblər bunu bacaracaqmı? Hələ ki,bu suala cavab vermək çətindir,ancaq indi onlar üçün də geopolitik seçimin gəldiyini demək mümkündür.

(Kamal Əliyev, Sülh Araşdırmaları İnstitutunun sədri,politoloq)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Fantastik qiymətə avtomobil nömrələri satılır - Video

Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - Video

Mustafa Ceceli Azərbaycanlı jurnalistdən üzr istədi

14 yaşlı argentinalı fubolçu Maradonanın rekordunu qırıb

Azərbaycan Premyer Liqası: "Qarabağ" "Turan Tovuz"a qalib gəlib

ABŞ Ukraynaya silah tədarükü üzrə qrupun iclasını keçirəcək

İsrail ordusu: Ötən il Qəzzada öldürülən 3 girovun meyitləri tapılıb

Sankt-Peterburqda hərbi akademiyada partlayış olub, 7 nəfər yaralanıb - Yenilənib

Hikmət Hacıyev Baydenin müşaviri ilə Ermənistan-Azərbaycan normallaşma prosesini müzakirə edib

Lerikdə uçqun baş verən ərazi nəzarətə götürüldü

Ən çox oxunanalar